Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Günay Sığorta”nın xalis mənfəəti kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Günay Sığorta”nın xalis mənfəəti kəskin artıb

“Günay Sığorta” ASC 2019-cu ilin birinci yarısını 439 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59% çoxdur. Belə ki, Şirkət 2018-ci ilin birinci yarısını 259 min manat xalis mənfəət ilə bağlamışdı.

 

“Marja” Şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Günay Sığorta”nın cəmi gəlirləri 3 milyon 12 min manat, cəmi xərcləri 2 milyon 573 min manat, əməliyyat mənfəəti isə 439 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən vergi ödəməyib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyun dövründə “Günay Sığorta”nın cəmi gəlirləri 4 milyon 478 min manat, cəmi xərcləri 4 milyon 202 min manat, əməliyyat mənfəəti 276 min manat təşkil etmişdi. Ötən il “Günay Sığorta”nın cəmi gəlirlərinin 936 min manatını sığorta ehtiyatından azadolma təşkil etmişdi.

 

2018-ci ilin ilk 6 ayında “Günay Sığorta”nın topladığı sığorta haqları 3 milyon 332 min manat ikən, 2019-cu ilin ilk 6 ayında 2 milyon 675 min manata düşüb. Sığorta ödənişləri isə 1 milyon 563 min manatdan 942 min manata geriləyib.

 

“Günay Sığorta”da yarımillik işlərin aparılması xərcləri ötən ilin 1-ci yarısında 1 milyon 550 min manat ikən, 2019-cu ilin 1-ci yarısında 1 milyon 301 min manata düşüb.

 

Təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərc 786 min manatdan 115 min manata geriləyib.

 

Cəmi gəlirlərin azalması ilə bərabər, “Günay Sığorta”da cəmi xərclərinin daha çox azalması hesabına şirkətin mənfəəti artıb.

03.09.2019 11:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ