Həlledici Brexit səsverməsini müxalifət qazandı

Dünən axşam Böyük Britaniya Parlamentinin alt qanadı İcmalar Palatasında bu gün parlamentin gündəmini müəyyənləşdirmək səlahiyyətini hökumətdən alıb millət vəkillərinə verilməsini nəzərdə tutulan təklif 301-ə qarşı 328 səslə qəbul edilib.
 

"Marja" xəbər verir ki, səsvermənin nəticəsi, Baş nazir Boris Consonun parlamentdə aldığı ilk həlledici məğlubiyyət olub.
 

Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası hökuməti bu gün bir deputatın Liberal Demokratiya Partiyasına keçməsilə parlamentdəki üstünlüyünü itirmişdi.
 

Dünən axşam keçirilmiş səsvermənin nəticəsi millət vəkillərinə bu gün parlamentə müqaviləsiz Brexit-in qarşısını almağa yönəlmiş bir qanun layihəsi təqdim etmə imkanı verəcək.
 

İcmalar Palatasının qanunvericilik əməliyyatlarını bu gün başa vurması halında layihə parlamentin yuxarı qanadı Lordlar Palatasına həvalə ediləcək.
 

Müxalifət partiyaları Lordlar Palatasındakı prosesi də sürətlə tamamlayaraq layihəni cümə axşamı qanuniləşdirməyə hədəfləyirlər.
 

Böyük Britaniyada parlament, daha əvvəl də bənzər bir qanun çıxararaq ölkənin 29 Martda Avropa Birliyindən çıxmasının qarşısına keçmiş, Brexit tarixi 31 Oktyabra təxirə salınmışdı.
 

Baş nazir Conson, parlamentinin belə bir qanun çıxarması halında bunu özünə qarşı etimadsızlıq səsverməsi kimi qəbul edib ölkəni erkən seçkiyə aparacağını bildirmişdi.

4 Sentyabr 2019 , 08:05   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin