Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Elektron bilet xidmətinə maraq artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elektron bilet xidmətinə maraq artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) müştərilərə təqdim etdiyi elektron bilet xidmətinə maraq çoxalıb.

 

ASCO-dan  bildirilib ki, cari ilin yanvar-iyul ayları ərzində avtomobillərin və sərnişinlərin daşınması məqsədilə onlayn qaydada 120-dən çox bilet alınıb. Gediş-gəlişin ən çox müşahidə olunduğu istiqamət Ələt-Aktau olub.

 

Qeyd edək ki, gəmiçilikdə onlayn bilet satışı sistemi 2016-cı ildən tətbiq edilir.

 

Elektron bilet xidməti ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə yük və sərnişin daşınmalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədilə gerçəkləşdirilir. Üstəlik, bu xidmət daha etibarlı və sərfəlidir.

 

Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından da çox əlverişlidir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır.

 

Xatırladaq ki, xidmətdən yararlanmaq üçün ASCO-nun internet saytında onlayn ödəniş üçün müvafiq xanalar doldurulmalıdır. Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillərin və sərnişinlərin daşınması sifarişini aşağıdakı internet ünvana daxil olmaqla etmək mümkündür: “https://public.acsc.az/online/payment/index/az/”

 

ASCO müasir texnologiyaların tətbiqi ilə bağlı səylərini bundan sonra da davam etdirəcək.

04.09.2019 06:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ