Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Vəziyyəti sabitləşdirməyi bacardıq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Vəziyyəti sabitləşdirməyi bacardıq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın baş naziri Artur Rasi-zadə hesab edir ki, hökumət 2016-cı ildə maliyyə sektorunda vəziyyəti sabitləşdirməyi bacardı.

 

"2016-cı ildə görülmüş məqsədyönlü tədbirlər və əvvəlki illərdə toplanmış güclü iqtisadi potensialdan düzgün istifadə iqtisadi vəziyyətin sabitləşməsinə gətirib çıxardı və ötən ilin bütovlükdə müsbət nəticələrlə başa çatmasına şərait yaratdı”, - deyə baş nazir bu gün hökumətin 2016-cı ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı bildirib.

 

Onun sözlərinə görə, ötən il maliyyə-bank sektorunda müşahidə olunan çətinliklər neftin ucuzlaşması ilə əlaqədar olub.

 

"Dünya bazarlarında karbohidrogenin qiymətinin kəskin aşağı düşməsi ölkənin ixrac gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına və tədiyə balansında böyük kəsirin yaranmasına səbəb oldu. Bir sıra bankların qeyri-qənaətbəxş fəaliyyəti, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti vəziyyəti daha da çətinləşdirdi", - deyə o qeyd edib.

 

A.Rasi-zadə vurğulayıb ki, ölkə rəhbərliyi bu problemlərin həlli məqsədilə maliyyə sektorunda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində tədbirlər görüb. "Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradılıb. Maliyyə Sabitliyi Şurası maliyyə sektorunun problemlərinin həlli ilə bağlı tədbirlər planı hazırlayıb. Müvafiq dövlət qurumları bu planın icrasına başlayıblar", - deyə o əlavə edib.

 

© İnterfaks-Azərbaycan

17.03.2017 12:12

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ