Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın ilk özəl sığorta şirkəti 27 yaşını qeyd edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ilk özəl sığorta şirkəti 27 yaşını qeyd edir

(®) Bu gün Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC yaranmasının 27 illiyini qeyd edir.


 

Reklam_3_11

"Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. 14 avqust 2008-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 042483 saylı müddətsiz lisenziya verilmişdir.

 

Şirkətin əsas məqsədi yüksək keyfiyyətli və operativ xidmət göstərmək, sığorta sektoruna olan inamın artırılmasına dəstək olmaq, müştəriləri və əməkdaşları məmnun etmək, ədalət və düzgünlük prinsipini qorumaqdır. Şirkətin əsas inkişaf prioritetləri sırasında nümayəndəlik şəbəkəsinin genişlənməsi xüsusi yer alır. Bu məqsədlə 2019-cu il ərzində regionlarda şirkət 4 filialını müştərilərə təqdim edib. Bununla şirkət tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin edir. Bununla  da sığorta şirkətinin nümayəndəliklərinin sayı 9-a çatıb.  

 

“Günay Sığorta” ASC fəaliyyətinin 27 ili ərzində dəqiq, şəffaf və uğurlu strategiyanın tətbiqi nəticəsində ölkənin sığorta sektorunda güclü maliyyə dayanıqlılığı ilə seçilən, həmçinin göstərdiyi yüksək səviyyəli xidmətlərinə görə müştəri məmnuniyyəti və ictimaiyyət arasında etibarlı sığorta imicini qazanan maliyyə qurumuna çevrilmişdir.

 

"Korporativ-Sosial Məsuliyyət" Proqramı çərçivəsində "Günay Sığorta" təhsil, idman sahəsindən tutmuş, ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər müxtəlif sahələrdə çoxsaylı layihələrə dəstək olmuşdur.

 

Daim müştəri istəklərini fəaliyyətinin əsas meyarı tutan “Günay Sığorta” 1 il ərzində müştərilərə sərfəli olan yeni sığorta məhsullarını (Fərdi qəza sığortası, Mini kasko sığortası və s.) təqdim etmiş və müştərilərin istəklərinə əsasən mövcud sığorta məhsullarında (50/50 kasko sığortası, əmlak sığortası, səyahət sığortası və s.) dəyişikliklər etmişdir.

04.09.2019 07:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ