Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sahibkarların "yaşıl guşə" yaratmaları arzulanır - ELDAR ƏZİZOVDAN SƏRƏNCAM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarların "yaşıl guşə" yaratmaları arzulanır  - ELDAR ƏZİZOVDAN SƏRƏNCAM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyyə edir.

 

BŞİH-dən verilən məlumatda bildirilib ki, bu praktika dünyanın bir çox ölkələrində mövcuddur.

 

Yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq Sərəncam imzalayıb.

 

Bildirilib ki, yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcüddur.

 

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək.

 

İcra Hakimiyyətindən bildirilib ki, sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzədə tutulan ərazilərə şamil edilmir.

04.09.2019 07:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ