Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

SOCAR AQŞ “Qərbi Abşeron”da qazma layihələrini uğurla həyata keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR AQŞ “Qərbi Abşeron”da qazma layihələrini uğurla həyata keçirir

Kompleks qazma və quyu xidmətləri göstərən "SOCAR AQŞ" bu günlərdə “Qərbi Abşeron” yatağı 10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 815 metr olan 65 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

 

Reklam_3_11

Bu barədə Şirkətin yaydığı məlumatda bildirilir.

 

Müəssisə, eyni zamanda 10 saylı özüldən layihə dərinliyi 780 metr olan 18 nömrəli quyuda qazma işlərinə start verib. 18 nömrəli quyunun Qırmaki altı Lay Dəsti (QAD) horizontuna qazılması planlaşdırılır.

 

Qeyd edək ki, müəssisə 10 saylı stasionar dəniz özülündə yeni nəsil qazma avadanlığı olan “Drilmec HH 300” vasitəsilə quyuların qazılmasını həyata keçirir.

 

Dəyərlərinə daim sadiq qalan "SOCAR AQŞ" həmişə olduğu kimi bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

Məlumat üçün ki, "SOCAR AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

 

Hal-hazırda "SOCAR AQŞ" dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və ‘’Bulla’’ yatağında  6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır. 

 

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. "SOCAR AQŞ", Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015;  ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

 

2017-ci ildə "SOCAR AQŞ" dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.
Müəssisənin səhmdarları SOCAR, "Nobel Oil Services" və "Abşeron Qazma" MMC-dir.

04.09.2019 07:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ