Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Qala Həyat”a maya qoyuldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Həyat”a maya qoyuldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Qala Həyat”ın nizamnamə kapitalı 13 milyon manatı keçdi


 

Azərbaycanın həyat sığortası bazarının ən dayanıqlı və aparıcı şirkətlərindən olan “Qala Həyat Sığorta Şirkəti” nizamnamə kapitalının həcmini 13 milyon 41 min 600 manata çatdırıb.  

 

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən "Marja"ya verilən məlumata görə, nizamnamə fondunun artırılması şirkətin uzunmüddətli strateji inkişaf planına müvafiq olaraq kapital artırımı  istiqamətində atdığı prioritet addımlardan biri kimi sayılır. Şirkət bazarda öz mövqeyini və dayanıqlığını daha da gücləndirməsi üçün növbəti illərdə də bu siyasətini davam etdirmək niyyətindədir.    

 

Qeyd edək ki, Səhmdarların Ümumi Yığıncağının yekun qərarına əsasən, nizamnamə kapitalının artırılması əlavə səhmlərin buraxılması yolu ilə həyata keçirilib. “Təsisçilər tərəfindən ümumi dəyəri 171 600 manat, o cümlədən hər birinin dəyəri 2 860 manat olan 60 (altmış) ədəd sənədsiz, adi adlı səhmin buraxılması nizamnamə kapitalının planlaşdırılan səviyyəyədək artırılması qərarı verilib. Səhmlərin yerləşdirilməsi qapalı təklif üsulu ilə birjadankənar həyata keçirilib. Səhmlərin yerləşdirilməsi prosesi tam başa çatıb və bununla da “Qala Həyat Sığorta Şirkətinin” ümumi nizamnamə fondunun həcmi 13 041 600 manata çatdırılıb.

 

Azərbaycanda ilk müddətsiz lisenziyaya sahib olan “Qala Həyat Sığorta Şirkəti” 2010-cu ildən fəaliyyətə başlayıb.

04.09.2019 07:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ