Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Honq Konq rəhbərliyi mübahisəli qanun layihəsini rəsmən geri çəkir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Honq Konq rəhbərliyi mübahisəli qanun layihəsini rəsmən geri çəkir

Çinin Honq Konq xüsusi muxtar respublikasının hökuməti, iyunun əvvəlindən bu yana kütləvi etirazlarla səbəb olan  ekstradisiya qanun layihəsini geri çəkəcəyini bildirib.
 

"Marja" xəbər verir ki, Honq Konqda nəşr edən "South China Morning News" qəzetinin xəbərinə görə, Honq Konqun rəhbəri Carrie Lam, Honq Konq Qanunvericilik Məclisi və Çin Xalq Konqresi deputatları ilə keçirdiyi iclasda kütləvi etirazlara səbəb olan layihənin geri çəkəcəyini açıqlayıb.
 

Həmçinin Lam, etirazlarla üzə çıxan ictimai narahatlığın səbəblərinin araşdırılması və mümkün həll təkliflərinin ortaya qoyulması məqsədilə bir istintaq komitəsinin yaradılacağını bildirib.
 
Beləliklə Lam,  13 həftədir Honq Konq küçələrində nümayişlər keçirən etirazçıların tələbini yerinə yetirəcəyi siqnalını verib.
 

Etirazçılar layihənin geri götürülməsi ilə bərabər, nümayişçilərə qarşı polis zorakılığının araşdırılması üçün müstəqil bir komitənin qurulmasını, həbs olunan etirazçılara amnistiya çıxarılmasını, etirazların "üsyan" adlandırılmasına son qoyulmasını və siyasi islahatların yenidən aparılmasını tələb edirlər.
 
 
Etirazlara səbəb olan, şübhəlilərin Çinə qaytarılmasını asanlaşdıran qanun layihəsi, 3 Apreldə parlamentə təqdim olunmuşdu. Qanun təklifi, şübhəlilərin Çinə, Çinin Makao Xüsusi İnzibati Regionuna və Tayvana ekstradisiyasını asanlaşdırırdı.
 

Honq Konq parlamentində, dəyişikliyə qarşı çıxan deputatlarla dəyişiklik tərəfdarları arasındakı davada çoxlu sayda deputat yaralanmışdı.

 

Müxaliflər, ekstradisiya haqqında qanunda ediləcək bu dəyişikliyin, Honq Konq azadlıqlarını aradan qaldıracağını iddia edir.  
 

Müxaliflər qanunun çıxması halında bunun Çinin Honq Konqdakı siyasi müxalifləri hədəf alması ilə nəticələnəcəyindən də narahatdır. 
 

04.09.2019 13:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ