Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Ukraynanın dövlət şirkəti SOCAR-ın törəməsini tenderdən kənarlaşdırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ukraynanın dövlət şirkəti SOCAR-ın törəməsini tenderdən kənarlaşdırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Ukrzaliznıtsa" publik səhmdar cəmiyyətinin (PSC) filialı olan "İstehsalatın Təminatı Mərkəzi" təbii qazın tədarükü ilə bağlı keçirdiyi tenderdən SOCAR-ın Ukraynadakı törəməsini kənarlaşdırıb.

 

Reklam_3_11

Bu barədə Tender komissiyasının elanında bildirilir.

 

Məlumata əsasən, Tender komissiyası bu qərarın qəbul olunmasının səbəbi kimi treyderin ("SOCAR-Ukraine") analoji razılaşmaların yerinə yetirilməsinə dair təcrübəsinin olması ilə bağlı müvafiq sənədlərin olmamasıdır.



Tenderin şərtlərinə görə, qalib şirkət 36,6 mln. kubmetr həcmində qaz nəql etməlidir.



"SOCAR-Ukraine" ilə yanaşı, "Ukrzaliznıtsa" müxtəlif səbəblərə görə "Esko-Pivniç", "UMVB Qrup" və "Enerqokom" şirkətlərini də tenderdən kənarlaşdırıb.

 

"SOCAR-Ukraine" 2008-ci ildə yaradılıb. Hazırda Ukraynada SOCAR brendi altında 60 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

 

Xatırladaq ki, SOCAR Ukrayna bazarında artıq təbii qaz ticarətinə başlayıb. 2016-cı ilin dekabrın 14-də imzalanan müqaviləyə əsasən, "SOCAR-Ukraine" "Ukrtransqaz" dövlət şirkətinə 180 mln. kubmetr qaz nəql etməlidir. Dekabr ayının 30-da isə "SOCAR-Ukraine" "ERU Trading" şirkəti ilə 131 mln. kubmetr həcmində təbii qazın alqı-satqısına dair müqavilə imzalayıb.

 

©APA

17.03.2017 13:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ