Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

OBA-da yeni marketinq direktoru

iç səhifə xəbər başlığı altı (mobil)_31
OBA-da yeni marketinq direktoru

Tanınmış PR və marketinq kommunikasiyaları eksperti Vüqar Baba OBA marketlər şəbəkəsinin Marketinq və Kommunikasiya Departamentinə direktor təyin olunub. O, həmçinin şirkətinin idarə heyətində təmsil olunacaq.

 

Məlumatı “Marja”ya təsdiqləyən Vüqar Baba bildirdi ki, şirkət rəhbərliyinin ona göstərdiyi etimadı doğrultmağa, OBA brendini layiq olduğu zirvəyə daşımağa çalışacaq:

 

“Dünyada geniş yayılmış “discount market” – endirim mağazaları formatını Azərbaycana gətirən OBA sürətlə böyüyərək qısa müddətdə 820 mağazası ilə ölkənin ən iri xidmət şəbəkəsini qurub. Üç il ərzində şirkət əsas diqqəti bütün Azərbaycanı əhatələyərək əhaliyə yaxşı məhsulu uyğun qiymətə çatdırmağa yönəldib və bu istiqamətdə var gücü ilə çalışıb. Təbii ki “discount market” təcrübəsi ilə ilk dəfə qarşılaşan – məhsulları bu cür ucuz qiymətə əldə edə bilən vətəndaşlarda bəzən məhsulun keyfiyyəti, etibarlılıq müddəti ilə bağlı şübhələr də yaranıb”.

 

Departament rəhbəri qeyd olunan şübhələri aradan qaldırmaq üçün OBA-nın ucuzluq sirrlərinin ictimaiyyətlə paylaşılacağını söyləyib:

 

“OBA Türkiyənin BİM və A101, Almaniyanın Lidl və Aldi, ABŞ-ın Walmart, Rusiyanın Да! və s. tipli nəhəng endirim marketlərinin iş formatını tətbiq edərək keyfiyyətli məhsula uyğun qiymətdə nail olur. Bu metod – OBA-nın effektiv iş prinsipləri barədə tezliklə cəmiyyət detallı formada məlumatlanacaq”.

 

Vüqar Baba bundan öncə AS Şirkətlər Qrupunun Marketinq və Satış Departamentinin direktor müavini vəzifəsində çalışırdı.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

05.09.2019 09:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ