Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Naxçıvan yuyucu və təmizləyici maddələri də özü istehsal edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan yuyucu və təmizləyici maddələri də özü istehsal edir

Hazırda muxtar respublikamızda müxtəlif profilli istehsal müəssisələri fəaliyyət göstərir ki, onlardan biri də “Nuhçıxan” Məhdud Məsuliyyətli Cəmiyyətidir.


Yaxın günlərdə adıçəkilən ünvana üz tutub müəssisənin direktoru Onur Qaraxanla həmsöhbət olduq. O bildirdi ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraiti görüb biz də burada bir istehsal sahəsi yaratmaq qərarına gəldik. 2012-ci ilin may ayında müəssisə üçün ayrılan binada əsaslı təmir və yenidənqurma işlərinə başlanıldı. Üçmərtəbəli binada istehsal sexləri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, laboratoriya, yeməkxana, inzibati və digər yardımçı otaqlar istifadəyə verilib.

 

Onur Qaraxan bildirir ki, müəssisədə tibb vasitələrinin, eləcə də yuyucu, təmizləyici maddələr və plastmas taraların istehsalı sahəsi fəaliyyət göstərir. Burada Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb, müəssisədə istehsal prosesi avtomatlaşdırılıb. Türkiyə, Fransa, Almaniya, İsveçrə və Rusiya Federasiyasından idxal olunan xammal reseptə uyğun olaraq ayrı-ayrı çənlərdə qarışdırılıb hazırlanır və istehsal xəttinə buraxılır. Bu proses kompüterlə idarəetmə mərkəzi vasitəsilə həyata keçirilir. Müəssisə rəhbərinin sözlərinə görə, burada tibb sahəsi üçün aldehidli alətdezinfeksiyaedici, etil spirti, ultrasəs müayinə üçün jele, təmizləyici və alətdezinfeksiyaedici məhlul və digər tibbi vasitələr istehsal olunur. Yuyucu və təmizləyici maddələr istehsalı sahəsində isə “İnci” saç şampunları və kremi, “Cəvahir” qab şampunları, kafel, metlax və taxta döşəmələr üçün səth təmizləyiciləri, “Ulduz” şüşətəmizləyicisi, “Təravət” havatəravətləndiricisi, “Sədəf” maye sabunu və sair, ümumilikdə, 3 növdə 25 çeşiddə məhsul istehsal edilir.


Müəssisə ilə tanışlıq zamanı öyrənirik ki, burada müasir avadanlıqlarla təchiz olunan laboratoriya fəaliyyət göstərir ki, bu da istehsal olunan məhsulun keyfiyyətlə hazırlanmasında mühüm şərtdir. Daxil olan xammal və hazır məhsul həmin laboratoriyada analizdən keçirildikdən sonra satışa çıxarılır. İstehsal olunan məhsulun vaxtında və keyfiyyətlə ticarət obyektlərinə çatdırılması üçün müəssisə 2 avtomaşınla təmin olunub.

05.09.2019 10:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ