Ən yuxarı statik reklam_3

Avropadan AccessBank-a 20 milyonluq dəstək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropadan AccessBank-a 20 milyonluq dəstək

Ayrılan vəsaitlər ölkənin özəl sektorunun inkişafına dəstək olacaq

 

 Avropa İnvestisiya Bankı (AİB) AccessBank-a 20 milyon Avro məbləğində ikinci kredit ayırıb.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, AccessBank təqdim olunan vəsaitləri Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin kreditləşdirilməsinə yönəldəcək. Bank ölkədə mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı maliyyə təşkilatı olduğundan, bu tranzaksiya özəl sektorun inkişafını dəstəkləyəcək.

 

«2014-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan bizim yaxın tərəfdaşımız olan AİB-in dəstəyini yüksək qiymətləndiririk. Bu sövdələşmə hazırki dəyişkən iqtisadi şəraitdə AİB-in bankımıza olan yüksək inam və etimadını əks etdirir və bir daha AccessBank-ın beynəlxalq partnyorları tərəfindən güclü dəstəyə malik olduğunu təsdiq edir”, - AccessBank-ın İdarə Heyətinin Sədri Michael Hoffmann şərh edib.

 

Bu kredit AİB-in Xarici Kreditləşmə Mandatının vəzifələrinin bir hissəsidir. Bu Mandat yerli özəl sektorun inkişafına, xüsusilə KOB müəssisələrinin, sosial və iqtisadi infrastrukturun dəstəklənməsinə, eləcə də iqlim dəyişikliklərinin yumşaldılmasına və uyğunlaşmasına yönəldilib.

17.03.2017 14:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ