Azərbaycan Pakistanın Lahor şəhərində Ticarət Evi açmağı planlaşdırır
Azərbaycanın Pakistanın Lahor şəhərində Ticarət Evi açması ilə bağlı marağı var.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda bu proses üzərində iş aparılır.
Belarus, Latviya, Polşa, Rusiya, Çin (Lucou şəhərində), BƏƏ və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Belarusda açılıb.
Xatırladaq ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Pakistanın ümumi ticarət dövriyyəsinin həcmi 9 030,58 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 028,64 min dollar və ya 29% çoxdur. Bu məbləğin 250,72 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 402,68 min dollar və ya 2,6 dəfə azdır. Pakistanın idxalının Azərbaycanın ümumi ixracdakı payı 0% təşkil edir.
Bu ilin 7 ayı ərzində Azərbaycan Pakistandan 8 779,86 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 431,32 min dollar və ya 38,3% çoxdur. Pakistanın ixracının Azərbaycanın ümumi idxaldakı payı 0,10% təşkil edir.
Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Pakistan arasında ümumi ticarət dövriyyəsinin həcmi 7 001,94 min dollar təşkil edib. Bu həcmin 653,4 min dolları Azərbaycanın ixracının, 6 348,54 min dolları isə Azərbaycanın idxalının payına düşüb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 10 d. əvvəl
-
13 d. əvvəl
Unibank biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir
-
23 d. əvvəl
MDB ölkələri arasında ilk olaraq İFRS 17 standartına keçid edən həyat sığorta şirkəti
- 25 d. əvvəl
- 37 d. əvvəl
-
46 d. əvvəl
İrana gedən Azərbaycan vətəndaşlarının sayında daha böyük artım olub
- 50 d. əvvəl
-
1 saat əvvəl
Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
- 1 saat əvvəl
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri keçirib - FOTO - VİDEO
-
2 saat əvvəl
“PAŞA Holding”in şəhid ailələrinə bayram sovqatları çatdırılır