Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dubaylı mühəndis avtobusda sərnişinləri sayan qurğu icad edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dubaylı mühəndis avtobusda sərnişinləri sayan qurğu icad edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Birləşmiş Ərəb Əmirliklərində süni intellektdən istifadə etməklə avtobuslarda sərnişinlərin sayını müəyyən edən qurğu icad olunub.

 

Reklam_3_11

Dubayda yerləşən “AlmasRobotics” texnoloji və mühəndislik şirkətinin banisi və baş direktoru Fəhim Almas məktəb avtobuslarında uşaqların təhlükəsizliyini qorumaq üçün “SafeBus” (təhlükəsiz avtobus) adlı qurğu icad edib. Bu aparatı avtobusun qapılarında yerləşən bir neçə ötürücüyə birləşdirərək sərnişinlərin hərəkətinə nəzarət etmək və salona giriş-çıxış zamanı onların sayının qeydiyyatını aparmaq mümkündür. Avtobusun mühərrikinin işə düşməsi ilə cihaz avtomatik olaraq aktivləşir və bir saniyə ərzində informasiyaların sayılımasını təmin edir.

 

Qeyd edilir ki, nəqliyyat vasitəsinin mühərriki söndürüldükdən sonra qurğu avtobusdan çıxan sərnişinlərin salona daxil olanların sayı ilə düz gəlib gəlmədiyini müəyyən edir və içəridə sərnişinin qalmasını aşkar etdikdə dərhal həyəcan siqnalı verərək sürücüyə, yaxud nəqliyyat şirkətinə qısa mesaj göndərərək xəbərdarlıq edir. Yeni qurğunun əsas məqsədi uşaqların məktəb avtobusunda qalmasının qarşısını almaq və BƏƏ-də təhlükəsizlik standartlarını yüksəltməkdir.

 

Yeni qurğunun buraxılmasını şərh edən mühəndis Fəhim Almas qeyd edib ki, onunla bağlı böyük ümidlər var. Belə ki, bu qurğu bazara yeni konsepsiya gəyirir və ciddi problemin innovasiyalı və problemsiz həllinə kömək edir. Məhz bu cür yeniliklər Dubayı yaxın gələcəkdə dünyanın ən “ağıllı şəhər”lərindən birinə çevirmək kimi iddialı planın həyata keçirilməsinə şərait yaradır.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Azərtac 

06.09.2019 13:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ