Tramp gündə 10 "tweet" yazır - BAZARA TƏSİRİNİ ÖLÇMƏK ÜÇÜN YENİ İNDEKS YARADILIB

 ABŞ-ın beynəlxalq bank və maliyyə xidmətləri şirkəti "JPMorgan Chase & Co." ABŞ Prezidenti Donald Trampın yazdığı "tweet"lərin bazardakı oynaqlığa təsirini ölçmək üçün indeks yaradıb.
 

"Marja" xəbər verir ki, Trampın yazdığı "tweet"lərin xəzinə kağızları üzərində ciddi təsiri olması səbəbindən yaradılan indeksə "Volfefe" İndeksi adı verilib. "JP Morgan" analitikləri, indeksə, Trampın 2017-ci ildə yazdığı bir "tweet"də istifadə etdiyi və həllolunmaz mənasını verən "covfefe" sözünə istinadən bu adı veriblər.
 

 GÜNDƏ ORTA HESABLA 10 "TWEET"

 

 "JP Morgan" analitiklərinin apardığı araşdırmaya görə, 2016-ci ildə seçildiyindən bəri gündə orta hesabla 10 "tweet" yazan Trampın 2017-ci ildə vəzifəyə başladığından bu yana yazdığı "tweet"lərin sayı 10 minə çatır.
 

2017-ci ildə vəzifəsinə başladıqdan sonra bir müddət gündə orta hesabla 5 "tweet" səviyyəsinə düşən Trampın, 2018-ci ilin sonlarından sonra yenidən "tweet"lərini artırıb.
 

"Chase Manhattan Corporation"ın "J.P. Morgan & Co." ilə  birləşməsilə 2000-ci ildə yaradılan "JP Morgan Chase & Co.", ABŞ-ın ən iri və  dünyanın isə altıncı böyük bankıdır. 

9 Sentyabr 2019 , 10:44   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin