Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Antisanitar şəraitdə sex aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Antisanitar şəraitdə sex aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində monitorinqləri davam etdirir. 

 

Reklam_3_11

AQTA-dan "Marja"ya verilən məlumata görə, həyata keçirilən monitorinqlər çərçivəsində Gəncə şəhəri, Ə. Əliyev küçəsi, ev 307 a ünvanında fəaliyyət göstərən fiziki şəxs Zeynalov Əkbər İbrahim oğluna məxsus müəssisəyə baxış keçirilib.

 

Baxış zamanı məlum olub ki, sexdə iri və xırdabuynuzlu heyvanların dərisinin qəbulu, ilkin emalı, tədarükü və daxili orqanlarının təmizlənməsi prosesi texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət olunmadan həyata keçirilir.

 

Aşkar olunub ki, müəssisədə iri və xırdabuynuzlu heyvanların dərisinin ilkin emalı zamanı baytarlıq-sanitariya qaydaları kobud şəkildə pozulur, heyvanın dərisinin qəbulu və daşınması baytarlıq şəhadətnaməsi olmadan həyata keçirilir. Sexdə emal edilən məhsulların və xammalın sağlam təsərrüfatlardan qəbulu şübhə doğurduğundan və sözügedən müəssisədə yoluxucu xəstəlikərin ətraf mühitə yayılma riski yüksək olduğundan aşkarlanan nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

09.09.2019 15:12

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ