Heyvandarlıq təsərrüfatlarında böyük maraq var - ƏKİNİ ARTIRILACAQ

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış müqaviləyə əsasən ənənəvi və alternativ yem bitkilərinin əkini, keyfiyyət göstəriciləri və qidalılığı, emalı, hazırlanma texnologiyası ilə bağlı birgə elmi-tədqiqat işləri aparılır. Bu məqsədlə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatında 1,5 hektar sahədə amarant bitkisi əkilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, aprel ayının ikinci ongünlüyündə əkilmiş amarant bitkisi avqust ayında toxum üçün biçilib. Amarant bitkisinin becərilməsi zamanı kimyəvi vasitələrdən istifadə edilməyib, minimum becərmə işləri aparılıb. Bitkinin yaşıl kütlə, toxum məhsuldarlığı və keyfiyyət göstəriciləri yüksək olub. Əldə olunan məhsul yaşıl yem kimi iribuynuzlu cins mal-qara tərəfindən həvəslə mənimsənilib. Eyni zamanda, toxum məhsulu da tədarük edilib. Toxumun quşlar üçün yem kimi hazırlanma texnologiyası haqqında da məlumatlar hazırlanıb.

 

Amarant bitkisinə heyvandarlıq təsərrüfatlarında böyük maraq və ehtiyacı nəzərə alaraq hər iki institutun əməkdaşları bölgələrə səfər edərək təlimlər keçəcək, fermerləri məlumatlandıracaqlar.

9 Sentyabr 2019 , 17:41   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, in[email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin