Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bakı Fond Birjası Beynəlxalq Birjalar Assosiasiyasına üzv qəbul edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Fond Birjası Beynəlxalq Birjalar Assosiasiyasına üzv qəbul edildi

Beynəlxalq Birjalar Assosiasiyasının üzvlərinin 6 sentyabr 2019-cu il tarixində Qırğızıstan Respublikasında baş tutan ümumi yığıncağının qərarı ilə Bakı Fond Birjası bu assosiasiyaya üzv olaraq qəbul edilib.

 

Reklam_3_11

Bu barədə Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumatda bildirilir.

 

"Bakı Fond Birjası fəaliyyəti çərçivəsində yerli kapital bazarlarını beynəlxalq səviyyədə təmsil edilməsinə, xarici ölkələrin qabaqcıl birjaları ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu istiqamətdə atılan addımlar əsasında Bakı Fond Birjası Beynəlxalq Birjalar Assosiasiyasına üzv qəbul edilib", -məlumatda deyilir.

 

Beynəlxalq Birjalar Assosiasiyasında üzvlük Bakı Fond Birjasının inkişaf perspektivlərində bir sıra yeni imkanlar yaradır. Birjalararası əməkdaşlıq xüsusilə dual-listinq və depozitar qəbzlərinin emissiyasının həyata keçirilməsi üzrə başlıca şərtdir. Bununla belə, tətbiq edilən mövcud təcrübələrin və ticarət üsullarının optimalaşdırılması üzrə birjalararası təcrübə mübadiləsinin aparılması yerli bazarların təkmilləşdirilməsi üçün labüd addım hesab edilir.

 

2000-ci ildə Rusiya Federasiyasında yaradılmış Beynəlxalq Birjalar Assosiasiyasının əsas məqsədi kapital bazarları üzrə beynəlxalq standartların araşdırılması, üzvləri arasında təcrübələrin qarşılıqlı tətbiq edilməsi və birjalararası ümümi əməkdaşlığın genişləndirilməsidir. Assosiasiyada üç birja növü – valyuta, səhm və əmtəə birjaları üzrə daimi işçi qrupu mövcuddur. Assosiasiyanın üzvləri qismində başlıca olaraq Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini təmsil edən birjalar çıxış edir. https://mab-sng.org/en

10.09.2019 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ