Beynəlxalq Bankdan təmassız ödəniş tətbiqi

Azərbaycan Beynəlxalq Bankı təmassız ödəniş aparmaq üçün "IBA Pay" mobil tətbiqini təqdim edib.

 

"Visa Token" xidmətinin təqdimat mərasimində çıxış edən bankın Pərakəndə biznes departamentin direktor müavini Elşən Cəfərov qeyd edib ki, mobil əlavə NFC standartını dəstəkləyən "Android" əməliyyat sistemi üzərində çalışan smartfonlar üçün nəzərdə tutulub.

 

"Ödəniş aparmaq üçün mobil əlavədə “Visa” kartının 16 rəqəmli nömrəsini və ekranda əks olunan təhlükəsizlik kodunu daxil etmək kifayətdir. Sonrakı mərhələdə müştəri özünə daha öncədən sistemdə olan SMS xəbərdarlıq üçün qoşulmuş mobil telefon nömrəsinə daxil olan birdəfəlik şifrəni daxil edir və bundan sonra isə müştəri rahat giriş funksionallığı aktiv edir, sonra isə "Face ID" və ya "Touch ID" vasitəsilə giriş təyin edir. Təmassız ödənişi aktivləşdirmək üçün mobil tətbiqdən Visa kartına aid pəncərəyə daxil olduqda NFC aktivləşdirmə düyməsini sıxaraq kartı təmassız ödəniş aparmaq üçün hazır vəziyyətə gətirilir ki, bundan sonra istənilən təsərrüfat subyektinə xüsusi proqram təminatı ilə təchiz olunan POS-terminalda ödənişi həyata keçirə bilər", - deyə E. Cəfərov bildirib.

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© APA

10 Sentyabr 2019 , 14:40   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin