Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Gilan Holding”in nizamnamə kapitalında növbəti böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gilan Holding”in nizamnamə kapitalında növbəti böyük artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Növbəti dəfə “Gilan Holding”in nizamnamə kapitalı artıb. Şirkətdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, “Gilan” MMC-nin nizamnamə kapıtalının həcmi 367 milyon 215 min  366 min manat artırılaraq 763 milyon 66 min 44 manata çatdırılıb.

 

Reklam_3_11

Daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib və holdinqə aid şirkət və müəssisələrdə artımı gözlənilirdi. 

 

"Holdinqin səmərəli fəaliyyəti, bazar mövqelərinin gücləndirilməsi və maliyyə dayanıqlığının təmin edilməsi, ona daxil olan müəssisələrin nizamnamə kapitallarının artırılmasına imkan yaradır. Bunun nəticəsi olaraq, “Gilan Holding” tərəfindən ölkə iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına və əhalinin rifahına verilən töhfələrin sayı çoxalır",- məlumatda deyilir.

 

Xəbər verdiyimiz kimi, 2019-cu ilin  iyun ayının 28-də şirkətin nizamnamə kapıtalının həcmi artırılaraq 395 milyon 850 min 678 manata çatdırılmışdı. Daha əvvəl isə bu məbləğ 22 milyon 182 min 402 manat təşkil edirdi. Qısası, şirkətin nizamnamə kapitalı iyunda 373 milyon 668 min 276 manat artırılmışdı.

 

İyun və sonuncu artım ilə birgə “Gilan”a 740 milyon 883 min 642 manat maya qoyulub.

 

1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.

10.09.2019 12:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ