Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Azərbaycan” Nəşriyyatı özəlləşdirilir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan” Nəşriyyatı özəlləşdirilir?

Bakının Yasamal rayonu, Mətbuat Prospekti ərazisində yerləşən, “Azərbaycan” Nəşriyyatının özəlləşdiriləcəyi, binanın tamam fərqli bir müəssisəyə çevriləcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Əslində kifayət qədər köhnə siması ilə seçilən Nəşriyyatın bərpasının, hətta tamamilə başqa müəssisəyə çevrilməsinin tərəfdarı olanlar da az deyil.

 

Reklam_3_11

Yayılan məlumatların nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək üçün Nəşriyyatın rəhbərliyi ilə əlaqə saxladıq. “Azərbaycan” Nəşriyyatının direktor müavini Bəsti İsmayılova açıqlamasında belə bir plandan xəbərdar olmadığını söylədi.

 

Onun sözlərinə görə, nəşriyyatın özəlləşdiriləcəyi ilə bağlı söz-söhbətlər tez-tez yayılır:

 

“Halbuki, bununla bağlı heç bir məlumat yoxdur. Belə bir söz deyilməyib. Bəlkə də bu, günün tələbidir. Amma şayiələrin səbəbini bilmirəm”.

 

İsmayılova onu da qeyd edib ki, hələlik, Nəşriyyatın fəaliyyəti ilə bağlı heç bir yenilik yoxdur:
“Yeni texnologiya, yeni avadanlıq və s. alınarsa, hansısa yenilikdən danışmaq olar. Hələ elə bir şey yoxdur. Ona görə, nəşriyyat qiymətləri ilə bağlı da heç bir dəyişiklik olmayıb”.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Modern"

10.09.2019 13:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ