“Engie” “Şahdəniz” qaz satış müqaviləsini qismən “Shell Energy Europe Limited”ə verib

Fransanın “Engie” enerji və qaz şirkəti Avropaya tədarük üçün “Şahdəniz” yatağından “Mərhələ-2” çərçivəsində qaz təchizatı müqaviləsini qismən “Shell Energy Europe Limited”ə verib. Bu barədə SOCAR-dan (ARDNŞ) məlumat verilir.

 

Hər iki şirkət (“Engie” və “Shell Energy Europe Limited”) 2013-cü ildə “Şahdəniz” konsorsiumu ilə “Şahdəniz” yatağından “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının Avropaya satışına dair müqavilə imzalayıb.

 

“2019-cu il sentyabrın 5-də imzalanan son müqaviləyə əsasən, “Shell Energy Europe” “Engie”nin “Şahdəniz” konsorsiumu ilə imzaladığı 25 illik müqavilənin bir hissəsini alır. “Shell”, “Engie”, Azerbaijan Gas Supply Company (AGSC) və SOCAR arasında müvafiq razılıq əldə olunub”, - məlumatda qeyd olunur.

10 Sentyabr 2019 , 16:54   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin