25 ilədək ipoteka başladı

 Bank VTB (Azərbaycan) ipoteka kreditləşməsi proqramına start verib.

 

Bankın yaydığı məlumatda bildirilir ki, Bank VTB (Azərbaycan) müştərilərə yeni ipoteka proqramından istifadə edərək şəxsi mənzilə sahib olmaq imkanı verir.

 

Bankın ipoteka krediti üzrə minimal faiz dərəcəsi 12% təşkil edir və alınan əmlak üçün edilən ilkin ödəniş, eləcə də kreditin müddətindən asılı olaraq dəyişə bilər.

 

Minimal ilkin ödəniş əmlak dəyərinin 20%-i qədərdir. Kreditin məbləği 10 000 - 275 000 manat təşkil edir və 6 aydan 25 il müddətinədək verilir. 

 

Kredit hesablandıqda müştərinin gəlirilə yanaşı onun ailə üzvlərinin də gəliri nəzərə alına bilər. İlkin ödənişin məbləği 40% və daha çox olduğu halda müştərinin ödəniş qabiliyyəti təhlil olunmur. İpoteka proqramı təkrar və ilkin bazarlardakı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olan  mənzillərə şamil olunur.

10 Sentyabr 2019 , 17:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin