"Bakelektro" ötən il 1 milyon manatdan çox qazanıb
"Bakelektro" ASC 2016-cı ildə aktivlərini təxminən 2 dəfə artıraraq 17 mln. 694,424 min manata çatdırıb.
Şirkətin hesabatına görə, uzunmüddətli aktivlərin məbləği 5 mln. 293,723 min manat, qısamüddətli aktivlərin məbləği isə 12 mln. 400,701 min manat təşkil edib.
Cari ilin yanvarın 1-ə şirkətin 1 mln. 587,281 min manatlıq uzunmüddətli debitor borcları var.
Şirkətin cəmi öhdəlikləri 17 mln. 484,699 min manat təşkil edir. 2015-ci ilin yekunlarına əsasən, bu göstərici 8 mln. 429,240 min manat olub. Beləliklə, il ərzində şirkətin öhdəlikləri 2,1 dəfə artıb. Uzunmüddətli öhdəliklərin məbləği 13 mln. 531,988 min manat, qısamüddətli öhdəliklərin məbləği isə 3 mln. 952,711 min manatdır. Şirkətin qısamüddətli kredit borclarının məbləği il ərzində 78 dəfə artaraq 3 mln. 952,711 min manata çatıb.
ASC-nin nizamnamə kapitalı 7% azalaraq 61,608 min manata çatıb. Şirkətin məcmu kapitalı 209,725 min manatdır ki, bu da illik müqayisədə 35%-lik azalma deməkdir.
"Bakelektro" ötən ili 1 mln. 143,735 min manatlıq mənfəətlə başa vurub. Hər səhm üzrə mənfəət 371,294 min manat təşkil edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
7 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl