Azərbaycanda yeni ödəniş üsulu - VİDEO

 

Ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir mühüm addım atıb.

 

Bank VISA International beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq NFC (Near Field Communication) texnologiyası üzərindən təmassız ödəniş üsulunun tətbiqinə başlayıb.

 

Yeni ödəniş üsulu müştərilərə plastik karta ehtiyac olmadan POS terminallarda öz mobil telefonları vasitəsilə təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirməkdən ötrü sadəcə telefonda müvafiq funksiyanı aktivləşdirmək və telefonu POS terminala yaxınlaşdırmaq kifayətdir. Bundan ötrü mobil telefon android platformasında çalışmalı və NFC texnologiyasını dəstəkləməlidir.

 

Ətraflı məlumat üçün link: https://www.ibar.az/az/individual/electronic-services/nfc-technology/

 

IBA Pay mobil tətbiqini yükləmək üçün link:

https://play.google.com/store/apps/details?id=mwb.iba.ac

 

10 Sentyabr 2019 , 18:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin