"Ödəniş təchizatçıları lisenziya aldıqdan sonra xidmətlər göstərə biləcəklər"

Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında ” yeni qanun layihəsi hazırlandığını bildirib.

 

Onun sözlərinə görə, qanun ödəniş ekosistemində yeni tənzimləmə çərçivəsini formalaşdıracaq. Layihə elektron pul emissiyası və istifadəsi üzrə hüquqi bazanın formalaşdırılmasını, valyuta təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması prosedurunu, elektron ödənişlərlə bağlı vətəndaşların məlumatlandırılması prosesini, problemli halların həllini və digər məqamları özündə əks etdirir.

 

Layihənin Avropa Birliyinin Daxili bazarda ödəniş xidmətləri üzrə Direktivi əsasında hazırlandığını deyən T.Rüstəmov bu sənədin maliyyə sistemində banklar və finteklər arasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə, innovativ həllərin tətbiqinin genişlənməsinə şərait yaradacağını vurğulayıb.


Yeni qanun layihəsi bank olmayan ödəniş təchizatçılarının fəaliyyətinin lisenziyalaşmasını da nəzərdə tutur. Həmin təşkilatlar lisenziya aldıqdan sonra ödəniş xidmətləri göstərə biləcəklər. Ödəniş xidmətlərinin təsnifatı və təqdim edilməsinə dair tələblər qanun layihəsində əksini tapıb.


Layihə artıq Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi ilə razılaşdırılıb.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Vergiler"

11 Sentyabr 2019 , 08:12   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin