"Çin ticarət müharibəsinin mənfi təsirlərini aradan qaldırmaq üçün tədbirlər görəcək"

"Global Times"ın baş redaktoru Hu Xijin, Çərşənbə günü sosial media platforması "Twitter" vasitəsilə verdiyi açıqlamada, Çinin, dünyanın ən böyük iki iqtisadiyyatının qarşılıqlı gömrük tariflərini artırmalarından sonra, ticarət müharibəsinin mənfi təsirlərini aradan qaldırmaq üçün tədbirlər açıqlayacağını qeyd edib.
 

"Marja" xəbər verir ki, Hu, bu siyasətlərin nələr olacağının təfərrüatına toxunmadan, "Bildiklərimizə əsasən, Çin ticarət müharibəsinin mənfi təsirini aradan qaldırmaq üçün mühüm tədbirlər açıqlayacaq. Tədbirlərdən həm Çin, həm də ABŞ-dan bəzi şirkətlər faydalanacaq",- yazıb.
 

Bu mesaj, hər iki ölkədən yüksək səviyyəli müzakirəçilərin qarşıdakı həftələrdə üzbəüz danışıqlara başlamağa hazırlaşdığı bir dövrə təsadüf edir. 

 

Hu, Çin Kommunist Partiyasına aid "Global Times"in baş redaktorudur.  

11 Sentyabr 2019 , 09:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin