ABŞ neftin qiyməti proqnozlarını aşağı saldı

 ABŞ Enerji İnformasiya İdarəsi (EIA) gələn ilə dair neft qiyməti proqnozlarını 3 dollar aşağı salıb.
 
"Marja" xəbər verir ki, EIA-nın "Sentyabr 2019" hesabatına görə, gələn il Brent tipli xam neftin orta hesabla barrel qiymətinin 62 dollar, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin orta hesabla barrel qiymətinin də 56,5 dollar olacağı proqnozlaşdırılır.
 

EIA-nın avqust ayı hesabatında, gələn il Brent neftin barrel qiymətinin 65 dollar, WTI neftinin də 59,5 dollar olacağı təxmin edilmişdi.
 

Beləliklə, hər iki xam neftin gələn ilə dair qiymət gözləntisi 3 dollar aşağı salınıb. Bu aşağı istiqamətli qiymət dəyişikliyi qlobal iqtisadi göstəricilərin zəifləməsi ilə əlqədardır.

 

ABŞ ilə Çin arasında davam edən ticarət gərginliyinə işarə edilən hesabata görə, hər iki ölkənin bir-birinə qarşı tətbiq etdiyi gömrük tarifləri səbəbindən neft qiymətlərində gündəlik sərt azalmalar görülüb.
 

HASİLAT PROQNOZU DA AŞAĞI SALINIB
 

ABŞ-ın bu il və gələn ilə dair xam neft istehsalı proqnozlarını da aşağı salınıb.
 

Hesabata görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,2 milyon barrel, gələn il isə 13,2 milyon barrelə düşəcəyi proqnozlaşdırılır. EIA-nın avqust ayı hesabatında, ABŞ-ın gündəlik orta hesabla xam neft hasilatının 2019-da 12,3 milyon barrel, 2020-də  isə 13,3 milyon barrel olacağı təxmin edilmişdi.
 
 
 Ölkədə xam neft istehsalı iyul ayında gündəlik orta hesabla 11,7 milyon barrel səviyyəsində baş tutub.

11 Sentyabr 2019 , 11:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin