Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Tortdan" ən böyük payları AZAL, BUTA və THY alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Tortdan" ən böyük payları AZAL, BUTA və THY alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar-avqust ayları ərzində Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,8 milyon nəfər təşkil etmişdir. 

 

"Marja" Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, populyar aviaşirkətlərin onluğuna AZAL (Azərbaycan, 969 min), "Buta Airways" (Azərbaycan, 381 min), Türk Hava Yolları (Türkiyə, 329 min sərnişin), “FlyDubai” (BƏƏ, 178 min), “Aeroflot” (Rusiya, 134 min), “AirArabia” (BƏƏ, 117 min), “UIA” (Ukrayna, 83 min), “Qatar Airways” (Qətər, 74 min), “Lufthansa” (Almaniya, 46 min) və “SCAT” (Qazaxıstan, 40 min) daxildir. 

 

2019-cu ilin avqust ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda aktiv sərnişin aviaşirkətlərinin sayı 33-dür. Ümumilikdə onlar 60-dan çox müxtəlif istiqamətlərə uçuşlar həyata keçirmişdirlər.

 

Hal-hazırda Bakının hava limanına altı xarici aşağıbüdcəli aviaşirkəti – “WizzAir” (Budapeşt), “AirBaltic” (Riqa), “Pegasus” (İzmir), “flyNAS” (Ər-Riyad), “flyDubai” (Dubay) və “AirArabia” (Şarja) birbaşa uçuşlar həyata keçirir.

11.09.2019 10:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ