"Azərbaycan Yekaterinburqda logistik mərkəzi yaradacaq" - NAZİR

Azərbaycan tərəfi Yekaterinburq şəhərində logistik mərkəzi yaradacaq.

 

Bunu jurnalistlərə açıqlanmaında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

 

Onun sözlərinə görə, uzun müddətdir davam edən danışıqlardan sonra Azərbaycan Yekaterinqburqda logistik mərkəzi yaradacaq.

 

Nazir bildirib ki, sabah iki tərəfin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək:

 

“Bu biznes-forumda da bununla bağlı artıq müvafiq memorandum imzalanacaq. Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin müvafiq şirkəti arasında bu logistik mərkəzinə Azərbaycan istehsalı olan meyvə-tərəvəzin təchizi istiqamətində işlərin təşkili baxımından vacib sənəd imzalanacaq”.  

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

11 Sentyabr 2019 , 12:32   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin