"Apple"ın səhmləri "yeni iPhone-lar ilə" bahalaşıb

Yeni iPhone 11 modellərinin təqdimatından sonra istehsalçı "Apple" şirkətinin səhmləri 2,5% bahalaşıb.

 

"Marja" xəbər verir ki, "Apple" səhminin qiyməti 2,53% bahalaşaraq 216.70 dollara qalxıb (Bakı vaxtı ilə saat 12:50-yə olan məlumat). Şirkətin bazar dəyəri isə 958 milyard 551 milyon dollara yüksəlib.

 

"Apple" yeni Yeni iPhone 11 modellərinin qiymətlərini gözləniləndən aşağı açıqlayıb. Qiymətlərin 1000 dollardan başlayacağının açıqlanacağı gözlənilsə də minimum qiymətin 699 dollar olduğu bəyan edilib. 

 

iPhone satışları "Apple" satışlarının yarısını təşkil edir.

 

İphone 11 qiymətləri
 
 64 GB iPhone 11 - 699 dollar
 128 GB iPhone 11 - 749 dollar
 256 GB iPhone 11 - 849 dollar
 
iPhone11 Pro qiymətləri
 
 64 GB iPhone 11 Pro - 999 dollar
 256 GB iPhone 11 Pro - 1149 dollar
 512 GB iPhone 11 Pro - 1349 dollar
 
iPhone 11 Pro Max qiymətləri
 
 64 GB iPhone 11 Pro Max 1099 dollar
 256 GB iPhone 11 Pro Max1249 dollar
 512 GB iPhone 11 Pro Max 1449 dollar

11 Sentyabr 2019 , 12:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin