"Novas Home" BAKINI BÜRÜYÜR – daha bir filialı açılır

Eviniz üçün axtardığınız hər şeyi tapa biləcəyiniz “Novas Home” satış mərkəzlərinin sayı artırılır.

 

14 Sentyabr 2019-cu il tarixində şəbəkənin 6-cı filialı Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsi İnqilab İsmayılov küç 5C ünvanında müştərilərin ixtiyarına veriləcəkdir.


Novas Home” brendi “Bizim Market” ilə eyni ailənin üzvüdür. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir.

 

“Novas Home”-da  mövsümi-sezon, səyəhət, dəsmal-tekstil,  elektrikli mətbəx alətləri, təmizlik vasitələri, uşaq aləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid müxtəlif çeşid məhsullar yer alır.

 

Geniş məhsul çeşidi, münasib qiymət, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas hədəflərdəndir. Brendin sloqanı isə “təkrar olunmayan ahəng"dir.


İlk “Novas Home” 2019-cu ilin Fevral ayında istifadəyə verilib. 2019-cu ilin 7 ayı ərzində artıq Bakıda 5 filial açılıb və gələcəkdə filialların sayının artırılması nəzərdə tutulur. 


AÇILIŞ GÜNÜ MÜNASİBƏTİLƏ ENDİRİM 


14 Sentyabrda 6-cı “Novas Home” filialının açılışı münasibəti ilə hədiyyəli, endirimli qida və qeyri-qida kampaniyası keçiriləcək. Eyni zamanda hər 45 manatlıq alış-verişə 5 manatlıq alış-veriş kuponu hədiyyə olunacaq.

 

12 Sentyabr 2019 , 17:40   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin