"Fed faizi sıfıra, ya da daha aşağı salmalıdır"

ABŞ Prezidenti  Donald Tramp, Fed sədri Cerom Paueli və Fed-i faizlər məsələsindəki mövqeyinə görə "qanmaz" kimi qiymətləndirib



ABŞ Prezidenti Donald Tramp, Fed-in faizi sıfır səviyyəsinə, ya da daha aşağı salması lazım olduğunu söyləyib.
 

"Marja" xəbər verir ki, Tramp, sosial media platforması "Twitter" vasitəsilə verdiyi açıqlamasındada, "Fed faizimizi SIFIRA və ya daha aşağı salmalı və sonra borclarımızı yenidən maliyyələşdirməyə başlamalıyıq. Faz aşağı salınmaqla bərabər, borcların müddəti uzadılmalıdır" deyib.


 
Tramp açıqlamasında, "Ecazkar bir pul vahidinə, gücə və balansa malikik. ABŞ həmişə ən aşağı faizi ödəməlidir", -qeyd edib.
 

Eyni zamanda ABŞ Prezidenti, Fed və Sədrinə yönəlmiş tənqidlərini daha da gərginləşdirərək, "İnflyasiya yoxdur!  Pauell və Fed-in digər ölkələrin etdiklərini etməmələri sadəcə bir saflıqdır. Həyatda bir dəfə gələn bir fürsəti Qanmazlar üzündən qaçırırıq" deyib. 

11 Sentyabr 2019 , 15:09   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin