London Birjasına 32 milyard sterlinqlik təklif

Honq Konq Birjalar və Klirinq Şirkəti (HKEX), London Birjasını (London Stock Exchange Group, LSE) satın almaq üçün 32 milyard funt-sterlinq (39,6 milyard dollar) təklif edib.
 
 
"Marja" xəbər verir ki, HKEX tərəfindən verilən açıqlamada, London birjasını satın almaq üçün bir səhminə 20,45 funt-sterlinq pul və HKEX-in yeni emissiya edilmiş payından 2,495 təklif edildiyi qeyd olunub. 

 
Açıqlamada fikirlərinə yer verilən HKEX-in icraçı direktoru Çarlz Li, "HKEX ilə London Birjasını bir araya gətirmək, gələcək illərdə qlobal kapital bazarlarını yenidən şəkilləndirəcəkdir", -ifadəsini istifadə edib. 
 

LSE tərəfindən satınalma təklifinə dair bir açıqlama verilməyib, ancaq səhmləri 7%-dən çox dəyər qazanaraq 73 funt-sterlinqə yüksəlib.
 

HKEX, 2012-ci ildə London Metal Birjasını 1,4 milyard funt-sterlinqə satın almışdı. London Stock Exchange Group da şirkətlərə, bankirlərə və investorlara xəbər, məlumat və analitik məlumat verən "Refinitiv"i ötən ay 27 milyard dollara tərkibinə qatmışdı.

11 Sentyabr 2019 , 15:42   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin