Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Energetika naziri OPEC-in Baş katibi və rusiyalı həmkarı ilə neft bazarını müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Energetika naziri OPEC-in Baş katibi və rusiyalı həmkarı ilə neft bazarını müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əbu-Dabidə səfərdə olan Energetika naziri Pərviz Şahbazov OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo və Rusiyanın Energetika naziri Aleksandr Novakla görüşüb.

 

Energetika Nazirliyindən bildirilib ki, görüşlərdə dünya neft bazarının son vəziyyəti və inkişaf meylləri, neftin qiymətinə və neftə qlobal tələbatda artıma təsir edən amillər, “OPEC plus” ölkələri üzrə öhdəliklərin icra göstəriciləri və eləcə də bu format çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib. Neft bazarında sabitliyin qərarlaşdığı vurğulanaraq bu prosesdə “OPEC plus” iştirakçılarının rolu yüksək qiymətləndirilib. “OPEC plus” əməkdaşlığı qiymət sabitliyinin davamlığını təmin edə biləcək uğurlu və çevik tənzimləmə mexanizmi kimi qeyd olunub.

 

P.Şahbazov Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə də görüşüb. Görüşdə şirkətin külək enerji sahəsində əməkdaşlığa dair təklifləri ilə bağlı fikir mübadiləsi aparılıb.

11.09.2019 16:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ