"General Motors" 3,4 milyon avtomobili geri çağırıb

ABŞ-ın avtomobil şirkəti General Motors (GM), əyləc sistemində müəyyən edilən problem səbəbindən 3,4 milyon furqon və SUV modelini geri çağırıb.
 

"Marja"nın məlumatına görə, Şirkətdən bildiriblər ki, əyləc probleminin görüldüyü 2014-2018 Chevrolet Silverado, GMC Sierra 1500, 2500 və 3500 furqon modelləri ilə 2015-2017 Cadillac Escalade və 2015-2018 GMC Yukon, Chevy Suburban və Tahoe cip modellərinin geri çağırılıb.
 
Açıqlamada, cəmi 3,4 milyon avtomobilin geri çağırıldığı qeyd edilib.
 

Şirkət rəsmiləri, əyləc probleminin əyləc nasosunun az vakum gücü istehsal etməsindən irəli gəldiyini, bunun da maşınların əyləc məsafəsini uzadaraq qəza riskini artırdığını bildiriblər.
 

Geri çağırılan avtomobillərin əyləc sisteminin pulsuz dəyişdiriləcəyi qeyd edilib.
 

ABŞ Milli Avtomobil Nəqliyyatı Təhlükəsizliyi İdarəsi, avtomobil sahiblərinin şikayətləri əsasında keçən ilin oktyabrında mövzu haqqında istintaqa başlamışdı.

12 Sentyabr 2019 , 07:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin