3 otaqlı mənzillər aylıq 284 manatdan satışda – 570 MƏNZİL

Mənzil İnşaatı Dövlət Agentliyi Yasamal Yaşayış Kompleksindəki mənzillərin növbəti güzəştli satışına start verib.

 

“Marja” xəbər verir ki, satışa 570 mənzil çıxırılıb. Satış 16 Oktyabrda başlayıb 30 Oktyabrda başa çatacaq.

 

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət portalı” (www.e-gov.az) üzərindən “Güzəştli mənzil”  sistemi vasitəsilə həyata keçirilir. Yalnız “Güzəştli mənzil”  sistemində elektron kabinetə malik olan vətəndaşlar mənzil almaq hüququna malikdirlər.

 

HƏMÇİNİN OXU: GÜZƏŞTLİ MƏNZİLİ KİM ALA BİLƏR?

 

1 otaqlı mənzilin qiyməti 29 min 925 manatdan, 2 otaqlı mənzilin qiyməti 47 min 652 manatdan, 3 otaqlı mənzilin qiyməti isə 65 min 997 manatdan başlayır.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

Mənzillər 10% ilikin ödənişi və 4% illik faiz dərəcəsi olan 30 ilədək ipoteka ilə təklif olunur. Aylıq ödəniş 1 otaqlı mənzillər üçün 129-136 manat, 2 otaqlı mənzillər üçün 205-236 manat, 3 otaqlı mənzillər üçün isə 284 – 288 manat təşkil edir.

 

Mənzili nağd alanlara 10% endirim edilir.

 

Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi - Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə ELAN

12 Sentyabr 2019 , 08:12   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin