Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tramp Çinə tətbiq olunacaq əlavə 5 faiz gömrük vergisini "xoş niyyət" əlaməti kimi təxirə saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp Çinə tətbiq olunacaq əlavə 5 faiz gömrük vergisini "xoş niyyət" əlaməti kimi təxirə saldı

ABŞ Prezidenti Donald Tramp Çinə əlavə olaraq tətbiq ediləcək 5 faiz gömrük tarifinin yaxınlaşan danışıqlara daha parlaq bir zəmin hazırlamaq üçün iki həftə təxirə salındığını bildirib.
 

"Marja" xəbər verir ki, Tramp məsələ ilə bağlı "Twitter"dən, "Çinin Baş nazirinin müavini Liu Henin tələbini və Çin Xalq Cümhuriyyətinin 70-ci ildönümünü əsas götürərək xoş niyyət əlaməti kimi 250 milyard dollarlıq Çin məhsuluna tətbiq olunacaq tarifi (25%-dən 30%-ə qalxacaq) 1 Oktyabrdan 15 Oktyabradək təxirə salmaq qərarını verdik", -şəklində bəyanat verib.
 
ABŞ və Çin arasındakı ticarət müzakirələrinin növbəti həlqəsinin Oktyabrın ilk həftəsində yüksək səviyyəli nümayəndələrlə Vaşinqtonda baş tutacağı gözlənilir.
 

Reklam_3_11

Xəbərin ardından S&P 500 İndeksi 0.5% qalxıb, Çin xaricində əməliyyat görən yuan dollar qarşısında 0.3 faiz möhkəmlənib. Yen isə geriləyib.
 

Bu səhər Çin tərəfindən gələn digər bir xəbərdə isə, Çinin ticarət danışıqları ərəfəsində ABŞ-dan kənd təsərrüfatı məhsulu idxal etməyi dəyərləndirdiyi bildirilib. Çinin ötən gün açıqladığı əlavə vergidən azad ediləcək ABŞ-a məhsulları siyahısında donuz əti, soya lobyası və qarğıdalı yer almamışdı.

12.09.2019 06:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ