Çin müzakirə öncəsi ABŞ-dan məhsullar idxal etməyi qiymətləndirir

"Bloomberg"in məsələyə yaxın mənbələrə istinadən yaydığı xəbərinə görə, Çinin, yaxşı niyyət göstəricisi olaraq ABŞ-lı yüksək səviyyəli nümayəndələr ilə üz-üzə görüş ərəfəsində bəzi şirkətlərə ABŞ-dan kənd təsərrüfatı məhsulları almalarına icazə verəcəyi qeyd olunub.
 

"Marja" xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Çin soya lobyası və donuz əti daxil kənd təsərrüfatı məhsullarının idxalına icazə verməyi qiymətləndirir.
 

Çin Avqust ayında ABŞ ilə danışıqların zəifləməsilə kənd təsərrüfatı məhsulları alışını dayandırmışdı.
 

ABŞ Prezidenti Donald Tramp da, 250 milyard dollarlıq Çin məhsuluna tətbiq edilən 25 faiz əlavə gömrük vergisinin  30%-ə qaldırılmasının 2 həftə təxirə salındığını açıqlayıb. 

 

Bu addımlar hər iki tərəfin də yaxınlaşan danışıqlar üçün daha könüllü olduqları şəklində şərh olunur.

 

ABŞ və Çin arasındakı ticarət müzakirələrinin növbəti həlqəsinin Oktyabrın ilk həftəsində yüksək səviyyəli nümayəndələrlə Vaşinqtonda baş tutacağı gözlənilir.
 

HƏMÇİNİN OXU: Tramp Çinə tətbiq olunacaq əlavə 5 faiz gömrük vergisini "xoş niyyət" əlaməti kimi təxirə saldı

 

 

12 Sentyabr 2019 , 08:57   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin