"Sanksiyalar davam etdiyi müddətcə ABŞ-la danışıqların mənası yoxdur"

İran Prezidenti Həsən Ruhani, ABŞ rəhbərliyinin sanksiyaları davam etdirdiyi müddətcə müzakirələrin bir mənasının olmayacağını bildirib.
 

"Marja" xəbər verir ki, İran Prezident Administrasiyasından verilən məlumata görə, Ruhani ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Danışıq zamanı nüvə sazişi və ABŞ ilə danışıqların bərpa olunması məsələsi müzakirə edilib.
 

ABŞ-ın çoxtərəfli beynəlxalq müqavilə olan nüvə müqaviləsindən çıxaraq məsuliyyətdən yayındığını qeyd edən Ruhani, "İran hökuməti, Parlamenti və xalqına görə sanksiyalar davam etdiyi müddətcə ABŞ-la danışıqların mənası yoxdur". ifadələrini istifadə edib. 
 

"Bir razılığa gələ bilsək nüvə müqaviləsindəlki öhdəliklərimizə qayıdarıq"

 

İranın atdığı üçüncü addımın Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) nəzarətində gedəcəyini və geri dönüşün də hər an üçün mümkün olduğunu dilə gətirən Ruhani,"Avropa İttifaqı ölkələri ilə yekun razılığa gələ bilsək nüvə müqaviləsi öhdəliklərimizə qayıdarıq. İran və 5+1 ölkələri arasındakı danışıqlar da yalnız sanksiyalar qalxsa mümkün ola bilər",- deyib.
 

Makron da yeni müqavilə üçün ABŞ orqanları ilə apardığı danışıqları qeyd edərək Fransanın nüvə müqaviləsinin yerinə yetirilməsi və razılaşma təmin edilməsi üçün səy göstərməyə davam edəcəyini bildirib.
 

Həmçinin Macron, müqavilənin olması üçün Fransanın bundan sonra atacağı addımları və hazırladığı proqramı Ruhaniyə danışıb.

12 Sentyabr 2019 , 09:09   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin