Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Məsafədən bank hesablarının açılması sisteminin təqdimatı keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məsafədən bank hesablarının açılması sisteminin təqdimatı keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal xidmətlərin genişləndirilməsi və elektron bankçılıq mühitinin yaradılması ilə bağlı müəyyən olunan prioritet hədəflərin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” hazırlanmış və ölkə Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.

 

Reklam_3_11

Dövlət Proqramı çərçivəsində ölkədə rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərini innovativ texnologiyalar platformasında quraraq daha təhlükəsiz və operativ elektron xidmətlərin son müştəriyə çatdırılması məqsədilə Mərkəzi Bank tərəfindən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihə fəaliyyət planına uyğun olaraq həyata keçirilməkdədir.

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na uyğun olaraq, sözügedən layihə çərçivəsində fiziki şəxslər üçün məsafədən cari hesabların açılması funksionallığı tam olaraq işlənib hazırlanmış və Mərkəzi Bankda 11 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və işçi qrupuna daxil edilmiş kredit təşkilatlarının nümayəndələri üçün təşkil edilmiş görüşdə sistemin təqdimatı keçirilmişdir.

 

Görüş zamanı layihə çərçivəsində yaradılmış informasiya resursunun funksional imkanları və mobil tətbiqləri nümayiş etdirilmiş, o cümlədən sistemin gələcək inkişaf perspektivləri istiqamətində müzakirələr aparılmışdır.

 

Layihənin realizasiyası nəticəsində fiziki və hüquqi şəxslər banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edə biləcək, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsinə ehtiyac olmayacaq və bununla da məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması təmin olunacaqdır. Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fəaliyyət əlaqədar təşkilatlarla davam etdiriləcəkdir.

 

12.09.2019 08:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ