Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sabaha olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

 

Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 15-19, gündüz 23-28, dağlarda gecə 5-9, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

12.09.2019 11:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ