Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı - LİRƏ...

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı.

 

"Marja" xəbər verir ki, faiz 19,75%-dən 16,50% səviyyəsinə edirilib (325 faiz bəndi). 

 

Faizin 19,75%-dən 17,25%-ə endiriləcəyi gözlənilirdi (250 faiz bəndi). 

 

Qərardan sonra Lirə Dollar qarşısında 1,5% bahalaşıb və Dollar/TL məzənnəsi 5.66 səviyyələrinə geriləyib. 

 

Türkiyə Mərkəzi Bankı İyul ayında faizi 425 bənd azaldaraq 24%-dən 19,75%-ə endirmişdi. 

 

Mərkəzi Bank qeyd edib ki, inflyasiya düşməkdə davam edir.  
 

Pul siyasəti mətnində bu ifadələr yer alıb; "Son dövrdə açıqlanan göstəricilər iqtisadi fəaliyyətdəki mülayim toparlanma tendensiyasının davam etdiyini göstərir. İlin ilk yarısında xalis ixrac iqtisadi artıma köməyi davam etdirib, turizm güclü inkişaf edir və əlaqəli sektorlar vasitəsilə iqtisadi fəaliyyəti dəstəkləyir. Qarşıdakı dövrdə ixracın iqtisadi artıma töhfəsini davam etdirəcəyi, inflyasiyada azalma meylinin və maliyyə şərtlərində yaxşılaşma ilə iqtisadiyyatdakı mərhələli toparlanmanın davam edəcəyi nəzərdə tutulur". 

 

Mərkəzi Bank qiymət sabitliyi və maliyyə sabitliyi məqsədləri üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir.

12 Sentyabr 2019 , 15:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin