Avro və neft ucuzlaşdı

Avropa Mərkəzi Bankının faiz qərarından sonra Avro Dollar qarşısında ucuzlaşıb.

 

"Marja" xəbər verir ki, Avro/Dollar məzənnəsi 0,6% düşərək 1.0941 səviyyəsinə düşüb (Avro ucuzlaşıb, Dollar bahalaşıb).

 

Netin qiyməti də düşüb. Brent neftinin qiyməti 60 dollardan da aşağı düşərək 59,71 dollara geriləyib. Neft 2%-ə yaxın ucuzlaşıb.


Avropada sənaye istehsalı azaldığından və inflyasiya yüksəlmədiyindən Avropa Mərkəzi Bankı mənfi faizi daha da aşağı salıb. Avropa Mərkəzi Bankı depozit faizini mənfi 0.4%-dən mənfi 0.5%-ə endirib. Həmçinin bank 1 Noyabrdan etibarən hər ay 20 milyard avroluq istiqraz alacağını açıqlayıb.

12 Sentyabr 2019 , 16:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin