Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Böyük Britaniya Parlamentinin qarşısında silahlı hücum - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Böyük Britaniya Parlamentinin qarşısında silahlı hücum - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Reuters-ın bildirdiyinə görə, Londonda terror hücumunda 1 nəfər ölüb.

 

Şahidlərin sözlərinə görə, bir maşın  Westminster Körpüsündə piyadaları əzərək parlament binasına yönəlib. Parlament  korpusu içərisində isə bir polis bıçaqlanıb. Bıçaqlı təcavüzkarın polis tərəfindən vurulduğu və hücumda 4-ü ağır olmaqla ən az 12 adamın yaralandığı bildirilir.

 

XXX

 

Böyük Britaniya Parlamentinin qarşısında silah səslərinin eşidildiyi bildirilib.


 
"Reuters" 2 nəfərin vurulduğunu və parlament binasının bağlanıldığı xəbərini yayıb.


 
 Hadisə yerindəki Reuters fotoqrafçısı, parlamentin yanında yerləşən "Westminster" Körpüsü üzərində ən azı 10 yaralı gördüyünü bildirib.

 

Həmçinin parlamentin içərisində bir polisin bıçaqlandığı bildirilib. Polisi bıçaqlayan təcavüzkarın, silahlı polislər tərəfindən vurulduğu açıqlanıb.

 

İngiltərə polisi hadisəni silahlı hücum kimi qiymətləndirib. Bölgəyə hava ambulansının sövq edildiyi və London metrosundakı Westminster stansiyanın polisin istəyi ilə bağlandığı  bildirilib.

 

London polisi, Baş Nazir Theresa May-ın təhlükəsiz şəraitdə olduğunu açıqlayıb.
 

22.03.2017 16:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ