"Avropa faiz salır, Fed hələ də oturub"

ABŞ Prezidenti Donald Tramp Avropa Mərkəzi Bankının (AMB) faiz endirimi qərarından sonra sosial media hesabından Fed-i tənqid edib.
 

"Marja" xəbər verir ki, Tramp Twitter hesabından, "Avropa Mərkəzi Bankı sürətli hərəkət edərək faizi 10 bənd aşağı saldı. Onlar Avronu çox güclü Dollar qarşısında dəyərdən salaraq ABŞ-ın ixracına zərər verməyi yoxlayırlar və nail olurlar. Ancaq Fed hələ də oturur və oturur və oturur. Onlara borc aldıqları üçün pul ödənərkən, biz hələ də faiz ödəyirik!" ,- deyib.

 

Xəbər verdiyimiz kimi,  Avropa Mərkəzi Bankı mənfi faizi daha da aşağı salıb. Avropa Mərkəzi Bankı depozit faizini mənfi 0.4%-dən mənfi 0.5%-ə endirib. Həmçinin bank 1 Noyabrdan etibarən hər ay 20 milyard avroluq istiqraz alacağını açıqlayıb. Qərardan sonra, Avro/Dollar məzənnəsi 0,6% düşərək 1.0941 səviyyəsini görüb (Avro ucuzlaşıb, Dollar bahalaşıb).

 

 

12 Sentyabr 2019 , 17:39   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin