Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dollar Avro qarşısında ucuzlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar Avro qarşısında ucuzlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Fed-in bu il yalnız 3 dəfə faiz artıracağını təkrarlaması, Prezident Donald Trump-ın yekun maliyyə siyasəti proqramını hələ də təqdim etməməsi və Avro Bölgəsi əleyhdarı Marina Le Pen-in Prezident seçkisi kampaniyası dövründə nüfuzdan düşdüyünə dair sorğunun nəticəsindən sonra, ABŞ Doları Avro qarşısında ucuzlaşır.

 

“Marja” xəbər verir ki, Fransada keçirilmiş bir sorğuya görə, prezidentliyə namizəd Emmuel Macro, Le Penin önünə keçərək beş namizəd arasında ən inandırıcı namizəd kimi önə çıxıb. Sorğu ilə birlikdə, Avro  10 mühüm valyuta güclənib.

 

Siyasi qeyri-müəyyənlikdəki azalma, Avro Bölgəsində mövcud olan cari profisit və Avropa Mərkəzi Bankının faiz artırmağı qiymətləndirməsi  Avronu dəstəkləyir.

 

Avro/dollar məzənnəsi, Bakı vaxtı ilə saat 19:00-a olan məlumata görə,1.0820 səviyyəsinə çıxıb. Mart ayının əvvəlindən bəri Dollar Avro qarşısında 3%-dən çox dəyərdən düşüb.

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

 

NEFT UCUZLAŞIR

 

Amerika Neft İnstitutunun açıqladığı məlumatlara görə, ötən həftə ABŞ-da neft ehtiyatları 4.53 milyon barel artıb. "Marja" xəbər verir ki, məlumatın açıqlanmasının ardından Brent nefti 50 dollara doğru düşür.

 

"Bloomberg"in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, Çərşənbə günü açıqlanacaq rəsmi ehtiyat göstəricisinin rekord səviyyəyə çıxacağı gözlənilir.

 

Qərbi Texsas nefti (WTI) Nymex birjasında 82 sent və ya 1.7 faiz düşərək bareli 47.42 dollara, Brent nefti isə 1,6% ucuzlaşaraq 50,22 dollara qədər geriləyib. 

22.03.2017 16:21

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ