Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar

iç səhifə xəbər başlığı altı (mobil)_31
BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar

® Ölkədə təhsil sahəsinin inkişafına və bir sıra iri layihələrin keçirilməsinə dəstək olan Kapital Bank növbəti yeniliyini müştərilərə təqdim edib. Yeni aksiyadan övladı, özü və ya yaxını Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  təhsil alan BirKart taksit kart sahibləri yararlana bilər.

 

Reklam_3_11

Şərtlərə görə, 10 oktyabr 2019-cu il tarixinədək, UNEC-də ödənişli əsasla təhsil alan tələbələr illik təhsil haqqını 12 aylıq taksitlə (bərabər hissələrlə) ödəyə bilərlər. Ödənilən məbləğə heç bir komissiya və ya əlavə faiz hesablanmır. Bunun üçün illik ödəniş haqqını universitetdə olan Kapital Bank POS terminalı vasitəsilə BirKart-la ödəmək lazımdır.

 

Ödəniş zamanı BirKart CashBack kartına məbləğin 1,5%-i geri qayıdacaq, BirKart Miles kartı üçün isə hər 1 manat 1 mil olaraq hesablanacaq. Məlumat üçün bildirək ki, yaxın zamanlarda digər ali məktəb və kolleclərlə də analoji aksiyalar təşkil olunacaq.

 

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

 

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

13.09.2019 08:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ