Ən yuxarı statik reklam-3_3

Türkiyənin iri avtomobil şirkəti Azərbaycanda filialını açır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyənin iri avtomobil şirkəti Azərbaycanda filialını açır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avqustun 15-də Vergilər Nazirliyi Türkiyənin "BMC Otomotiv Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.

 

"Marja" xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr, ev 85, m 31-dir. Qanuni təmsilçi Türkiyə vətəndaşı Çınar Sedatdır. 

 

Ötən ilin Noyabr ayında Bakı Nəqliyyat Agentliyi (BNA) "BMC Otomotiv və Sanayi Ticaret A.Ş" şirkəti ilə 300 ədəd avtobus alınması üçün 141 milyon 801 min 180 manat məbləğində müqavilə bağlayıb. Bir avtobus dövlət büdcəsinə 472 min 670 manata və ya 280 min ABŞ dollarına başa gələcək. 

 

1964-ci ildə qurulan BMC Türkiyənin ən böyük avtomobil istehsalçılarından biridir. Bu gün BMC, İzmir Pınarbaşındakı 250 min kvadratmetrlik zavodunda avtobus, yük avtomobili, zirehli və hərbi avtomobillər istehsal edir. 

13.09.2019 08:55

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ